Valideynlərinin qorxusundan yeni doğduğu körpəni doğradı
11 oktyabr 2025 13:04 (UTC +04:00)

Valideynlərinin qorxusundan yeni doğduğu körpəni doğradı

0

Rusiyanın Altay diyarında küçədən torbaya bükülmüş körpə meyiti tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Barnaul şəhərində qeydə alınıb. Hadisə ilə yeni doğulmuş körpənin bağlı analığı müəyyən edilərək saxlanılıb və cinayət işi açılıb.

Məlum olub ki, 17 yaşlı qız hamiləliyini valideynlərindən gizlədib. Doğuş zamanı evdə tək olub və sağlam oğlan uşağı dünyaya gətirib.

Lakin qız valideynlərinə körpənin doğulması barədə deməkdən qorxub. O, körpənin boğazına və sinəsinə bir neçə bıçaq zərbəsi endirib, daha sonra uşağın meyitini polietilen torbaya bükərək küçəyə atıb.

Yeniyetmə qıza qarşı “azyaşlını qəsdən öldürmə” maddəsi ilə cinayət işi açılıb. Hazırda sübutların toplanması davam edir, və şübhəli şəxs polis tərəfindən dindirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar