Bakıda azyaşlıya qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə iyunun 1-də Bakı şəhər sakini olan 9 yaşlı qızın mobil telefonunun açıq talama yolu ilə alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini 27 yaşlı R.Elyasov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.