Dneprdə “Artist” restoranının yaxınlığında 42 yaşlı azərbaycanlı narkobaron Anar Məmmədovu güllələyənin kimliyi məlum olub.
Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, o, 28 yaşlı Azərbaycan vətəndaşıdır, adı Yusifdir.
Onun şübhəli şəxs kimi axtarışı davam edir.
Xatırladaq ki, Anar Məmmədov aprelin 24-də güllələnib. Killer Məmmədovun olduğu maşına yaxınlaşaraq atəş açıb. 42 yaşlı azərbaycanlı maşından düşüb qaçsa da, dəmir yolu relsinin üstünə yıxılıb. Killer yenidən ona yaxınlaşaraq bir neçə dəfə atəş açıb.
Anar Məmmədov aldığı güllə yaralarından təcili yardım maşınında ölüb.