Ukraynada azərbaycanlı avtoritet öldürülüb.
Bu barədə Lent.az-a öldürülən avtoritetin yaxınları məlumat verib.
Onların sözlərinə görə, iki ay əvvəl kriminal aləmdə “Sedoy” ləqəbi ilə tanınan 35 yaşlı Yasin Rzayev bir qrup şəxs tərəfindən döyülüb. Onu döyənlər də kriminal aləmlə əlaqələri olan şəxslər olub. Onların arasında azərbaycanlılar var.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Y.Rzayev bir müddət sonra orada dünyasını dəyişib.
Mərhumun cənazəsi çətinliklə də olsa Azərbaycana gətirilib və doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.