Türkiyədə dəhşətli qətl hadisəsi olub.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə dekabrın 30-da Manisa vilayətində olub. 58 yaşlı Necati Akpınar arvadı 48 yaşlı Mutlu Menekşeni öldürərək evinin həyətində basdırıb.
Məlumat daxil olandan sonra polis əməkdaşları N. Akpınarı saxlayıb və araşdırmalar başlayıb. Məlum olub ki, N. Akpınar bundan əvvəl 2 arvadını da öldürüb. Menekşedən əvvəlki arvadına isə çoxlu işgəncə verib. Həmin qadın ərindən qurtularaq, qadın sığınacağına üz tutub.
Necati Akpınar
Yerli mediada yer alan xəbərə görə, kişi dini kəbinli arvadını öldürdükdən sonra onu basdırmaq üçün meyiti maşına qoyaraq yer axtarıb. Ancaq yer tapmayıb və öz həyətində basdırıb. Polis və prokurorluq əməkdaşları tərəfindən meyit basdırıldığı yerdən çıxarılıb və müayinə üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.
N. Akpınar ifadəsində, arvadını öldürmədiyini deyib. Onun sözlərinə görə, arvadı evdə qəflətən ölüb və günahkar özü olmasın deyə qadının meyiti basdıraraq, iz itirməyə çalışıb.
Mutlu Menekşe
Ancaq onun ifadəsi inandırıcı olmayıb və N. Akpınar həbsxanaya yerləşdirilib.