Sverdlovsk vilayətində 3 uşağını öldürən Anastasiya Petrovanın işi üzrə istintaq başa çatıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, ekspertiza onun hadisəni törədərkən anlaqsızlığını və məcburi müalicəyə ehtiyacı olduğunu müəyyən edib.
Məlumata görə, qadın psixiatrik yardım göstərən tibb müəssisəsinə məcburi müalicəyə göndərilməlidir.
İstintaq müəyyən edib ki, ötən ilin sonunda Petrova iki uşağını yuxuda boğub, sonra isə üçüncü uşağı öldürüb. Qeyd olunur ki, ərinə buraxdığı qeyddə o, kiçik oğlunun bədəninə cin girməsi, böyük oğlunu isə zinakarlıq və qürurla bağlı öldürdüyünü deyib.