Türkiyədə görünməmiş  ƏMƏLİYYAT:  mafiyanın 52 üzvü saxlanıldı -  FOTO
09 aprel 2021 18:13 (UTC +04:00)

Türkiyədə görünməmiş ƏMƏLİYYAT: mafiyanın 52 üzvü saxlanıldı - FOTO

Türkiyənin İstanbul şəhərində tanınmış mafiya lideri Sedat Pekerin də daxil olduğu 63 nəfərə qarşı keçirilən “Mütəşəkkil Cinayətkar Təşkilat” əməliyyatında 52 nəfər saxlanılıb.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, İstanbul Müətəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sedat Pekerin liderlik etdiyi dəstəyə qarşı İstanbul, Ankara, Hatay, Konya, Sakarya, Kocaeli ve Trabzonda eyni vaxtda əməliyyat keçirib.

Təxminən 121 ünvanda həyata keçirilən əməliyyatlar zamanı saxlanılanların sayı 52-ə çatıb. Nəzarətə götürülən 63 nəfərin isə 2018-2019-cu illərdə aparılan araşdırmalar zamanı cinayət törətmək üçün təşkilat yaratmaq, quldurluq, yaralama, rüşvət, hədə-qorxu və şxəsin azadlığını əlindən alma kimi cinayətlər işlədikləri müəyyən edilib.

Əməliyyat keçirilən ünvanlarda 16 tapança, 4 boş silah, 9 jurnal, 3 ov tüfəngi, 54 deşici və kəsici alət, 2 ədəd zirehli gödəkcə, 1270 patron, 8 radio aparatı, 1 ədəd uzun lüləli silah və digər əşyalar maddi sübut kimi götürülüb.

Əməliyyatlar zamanı Sedat Pekerin liderlik etdiyi 63 nəfərlik dəstənin 52 üzvü saxlanılıb, 11 nəfərin isə axtarışları davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3834
avatar

Mehman Nəbiyev

Oxşar yazılar