Türkiyədə sələmçiliklə məşğul kriminal dəstə tutulub.
Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyatlar Antalya şəhərinin bir neçə qəsəbəsində ümumilikdə 404 polisin iştirakı ilə baş tutub. “Çukur” adlanan dəstəyə qarşı keçirilən əməliyyatlarda 48 şübhəlidən 43-ü tutulub. Dəstə üzvləri sələmçilik, cinayət törətmək məqsədilə qruplaşma yaratma, quldurluq, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.
Saxlanılan şəxslərin cinayət yolu ilə 11 milyard 10 milyon lirə (təxminən 634 milyon 176 min manat) və 33 kilo qızıl əldə etdikləri məlum olub.
Məlumata görə, “Çukur” qruplaşmasına qarşı əməliyyatlar dəstəyə borcu olduğu üçün 7 ay əvvəl intihar edən oğlanın anasının şikayəti əsasında keçirilib.