Vilyam Hacıyev
13 iyun 2022 16:26 (UTC +04:00)

Vilyam Hacıyev

Təyinatı üzrə xərclənməyən milyonlar... - Vilyamın vəkili vaxt istədi 

Uzun zamandır ki, davam edən İmişli rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Lent.az xəbər verir ki, prosesdə sənədlərin tədqiqi davam etdirilib.

İcra hakimiyyətinin fəaliyyəti ilə bağlı keçirilən yoxlamalarla bağlı aktda Vilyam Hacıyevin rəhbərliyi dövründə 356 vətəndaşın adı DOST mərkəzinə işlə təmin edilən şəxs kimi yazılsa da, həmin şəxslər üzrsüz səbəblərdən işə çıxmayıb, adlarına əmək haqqı yazıldığı qeyd edilib. 

Bu müddət ərzində həmin şəxslərin adına 481 min manat maaş yazılsa da, bu məbləğ həmin vətəndaşlara verilməyib.

Akta görə, rayon ərazisinin işıqlandırılması üçün işıq dirəklərinin alınması və təmirinə 162 min manat, Dövlət Arxivində kitabların saxlanılması üçün 75 min manat, çoxmənzilli binaların təmirinə 1 milyon manat vəsait köçürüldüyü halda, həmin məbləğlər təyinatı üzrə xərclənməyib.

Bununla yanaşı, İmişli rayon Mərkəzi Xəstəxanasının təmirinə 23 min 701 manat, Yaşıllaşdırma İdarəsinə 559 min manat, İmişli Turizm Şöbəsinin 118 min manat ayrılıb. Lakin, aparılan araşdırmalar zamanı məlum olub ki, bu məbləğlər düzgün sərf edilməyib.

Aparılan tikinti işlərinə sərf edilən tikinti materiallarına sertifikatlar tələb olunmayıb.

Məsələyə etiraz edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, aktlardakı məbləğlər seçmə üsulu ilə aparılıb və bu da əsas götürülə bilməz: 

"Burda söhbət böyük məbləğlərdən gedir. Mütəxəssisi ona görə bura dəvət etmək istəyirdim ki, bu rəqəmlərə aydınlıq gətirsin. Aşkarlanan mənimsəmə faktlarının konkretləşdirilməsi üçün anbarlara baxış keçirilməli, aşkarlanan yeyinti faktları dəqiq hesablanmalıdır. Bu rəqəmlər Cəmil Musayevin izahatları əsasında yazılıb. Aktda göstərilib ki, 4 milyon 879 min manat İmişli rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə ayrılıb. Amma bu məbləğin nə qədəri mənimsənilib, nə qədəri xərclənib, o rəqəm dəqiq göstərilməyib".

Vəkil aktlarla bağlı yazılı və şifahi formada vəsatətlər hazırlamaq üçün məhkəmədən vaxt istəyib. 
Növbəti proses iyunun 17-nə təyin olunub. 

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2244
avatar

Fidan İlqar

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45