Bakıda qadına qarşı soyğunçuluq hadisəsi olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 2-də Bakı şəhər sakini A.Güvəndikova Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edib cari il yanvarın 7-də Binəqədi qəsəbəsində yaşadığı evdən 7000 manat dəyərində qızıl əşyaların F.Fərəcli adlı tanışı tərəfindən soyğunçuluq yolu ilə aparılmasını bildirib.
Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini F.Fərəcli saxlanılıb.