Bakıda 37 yaşlı kişinin qəflətən ölməsi barədə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxt sakini 37 yaşlı Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.
K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.
Qeyd edək ki, K. Namazovun beş gün əvvəl nikaha daxil olduğu bildirilir.
Xatırladaq ki, mərhumun həyat yoldaşı tanınmış bloger Ayşən Mirzəyevadır. O, bir neçə gün əvvəl sosial şəbəkədə ərinin iki idmançı tərəfindən döyülərək öldürüldüyünü iddia edib.