Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, naməlum sərnişin mayın 14-də saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində şəhər sakini S.Vəliyevin idarə etdiyi “Opel” markalı avtomobildə bıçaqla onu hədələyərək 12 manat pulunu, mobil telefonunu və içərisində sənəd olan pulqabısının talayıb.
Bu barədə zərərçəkmiş S. Vəliyev Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakini F.Həsənov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.