Abşeronda qətl hadisəsi olub.
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 30-da Həsənov Sərdar Sabir oğlunun qəsdən öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Dünyamalıyev Vüsal Şahin oğlunun şəxsi münasibətlər zəmnində hərbi təyinatlı süngü bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Sərdar Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Vüsal Dünyamalıyev könüllü olaraq cinayət aləti olan süngü bıçağını təqdim edərək təslim olub. Daha o, sonra şübhəli şəxs qismində istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.