Sumqayıtda kişi bıçaq yarasından ölüb.
Lent.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayon ərazisində qeydə alınıb.
72 yaşlı Zümrəddin Mustafa oğlu Mustafayev yaşadığı evdə naməlum şəraitdə bıçaq xəsarətləri alıb. Yaralı kəskin qanaxmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.