Sumqayıt və Abşeronda narkotik alverçiləri saxlanıldı
05 fevral 2021 11:52 (UTC +04:00)

Sumqayıt və Abşeronda narkotik alverçiləri saxlanıldı

Sumqayıt və Abşeronda narkotik alveçriləri saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, narkotik vasitə ilə tutulmuş Q.Baladadaşovun ətrafında Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri aparılıb. Nəticədə ondan narkotik vasitəni götürən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş F.Baxşəliyev və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş N.Hüsiyev müəyyən edilərək saxlanılıblar.

Davam etdirilən tədbirlərlə F.Baxşəliyevdən 19 qram, yaşadığı evdən 2 kiloqram 102 qram metamfetamin, 1 kiloqram 258 qram heroin, 39 qram tiryək, 25 qram marixuana, 70 ədəd metadon həbi, N.Hüsiyevdən isə 10 qram metamfetamin, yaşadığı evdən 590 qram heroin aşkar edilərək götürülüb.

# 2160
avatar

Mehman Nəbiyev

Oxşar yazılar