Sumqayıt bulvarında  MÜNAQİŞƏ:   33 yaşlı kişini...
30 sentyabr 2021 10:21 (UTC +04:00)

Sumqayıt bulvarında MÜNAQİŞƏ: 33 yaşlı kişini...

Sentyabrın 28-i saat 14 radələrində Sumqayıt şəhəri bulvar ərazisində 33 yaşlı İlkin İbişova bıçaqla xəsarətlər yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırmalarla şəhər sakini, 43 yaşlı Rahib Yunusovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İlkin İbişova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb və Rahib Yunusov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 2211
avatar

Mehman Nəbiyev

Oxşar yazılar