Sosial şəbəkədəki mübahisə qanla bitdi: ürəyindən vurdu
07 aprel 2021 11:08 (UTC +04:00)

Sosial şəbəkədəki mübahisə qanla bitdi: ürəyindən vurdu

İsmayıllıda qətl törədən Səxavət Məsimlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Baş Prokurorluqdan Lent.az-a verilnə məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

2020-ci il dekabrın 20-də Fərid Musayevin bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin tanışı Səxavət Məsimlinin sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar ötən il dekabrın 20-də saat 17 radələrində rayon ərazisində yerləşən parkda Fərid Musayevlə görüşərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Səxavət Məsimli Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilərək, hadisə yerinə baxış keçirilib. Maddi sübutlar götürülərək, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar