Şirvan sakini bıçaqlanaraq ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə münaqişə zəminində Şirvanın köhnə şəhər massivi adlanan ərazisində baş verib.
Şirvan sakini, 40 yaşlı Babayev Fəxi Veys oğlu tanışı tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Bıçaqlanan şəxs ağır vəziyyətdə Şirvan Şəhər mərkəzi xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Həkimlərin səyinə baxmayaraq yaralı əməliyyat stolunda ölüb. Münaqişə zamanı yaralanan şəxsin qardaşı oğlu Murad Babayev də qulağından yüngül bıçaq xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.