Rusiyanın Sankt-Peterburq şəhərindəki kafelərin birində qanunsuz silah gəzdirən azərbaycanlılar saxlanılıb.
Lent.az-ın yerli KİV-ə istinadla məlumatına görə, ekstremizmlə mübarizə şöbəsinin əməkdaşları Elaşd Batıyev və Şaiq Məmmədov adlı iki azərbaycanlını saxlayıblar.
Məlum olub ki, E. Batıyev illər öncə Leninqrad vilayətində adam oğurluğuna görə həbs edilibmiş. Ş. Məmmədov isə bu ilin aprelində şəhərin Krasnoselsk rayon məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib.
O, toy mərasimində silahla havaya atəş açmaqda təqsirkar bilinib.