Həsən Osmanov, polis əməkdaşı
21 may 2021 09:02 (UTC +04:00)

Həsən Osmanov, polis əməkdaşı

Sevgilisini güllələdikdən sonra özünü başından vuran POLİS ÖLDÜ

0

Bakıda qadını tapança ilə qətlə yetirərək, intihara cəhd edən polis əməkdaşı öldü.

Lent.az bildirir ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov 1 saat əvvəl müalicə aldığı xəstəxanada vəfat etdi.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının qətl törətdiyi ilə bağlı məlumat yaymışdı.

Nazirlikdən verilən məlumata görə, mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11981

Oxşar yazılar