Qətl törədən Sərdar Cəfərov və mərhum Pərvin Musayeva
02 iyul 2021 12:59 (UTC +04:00)

Qətl törədən Sərdar Cəfərov və mərhum Pərvin Musayeva

Sevgilisini boğub zibil qutusuna atan gəncdən YENİ XƏBƏR

Gəncədə qətl törədən Sərdar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq tədbirləri başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, bu il fevralın 19-da Gəncə şəhər sakini 19 yaşlı Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə şəhəri Nizami rayon Polis İdarəsinə verilən məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb və itkin düşmüş Pərvin Musayevanın qəsdən öldürülməsi müəyyənləşdirilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla zərərçəkmişin tanışı 20 yaşlı Cəfərov Sərdar Saləddin oğlunun fevralın 19-da özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Pərvin Musayevanı boğaraq öldürməsi və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3486
avatar

Mehman Nəbiyev

Oxşar yazılar