Şəhidlər Xiyabanında qeyri-etik video çəkən  ərəblərə   cəza istənildi
09 dekabr 2025 18:24 (UTC +04:00)

Şəhidlər Xiyabanında qeyri-etik video çəkən ərəblərə cəza istənildi

0

Bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməkdə təqsirləndirilən  3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə cinayət işi üzrə sənədləri tədqiq edərək cinayət işində olan videogörüntü nümayiş olunub.

Müdafiə vəkilləri vəsatət verərək, videogörüntülərdəki danışıqların linqvistik ekspertizaya verilməsini məhkəmədən istəyiblər.

Vəkillər vəsatəti ittihamda qeyd edilən sözlərlə tərcümə edilən sözlərin eynilik təşkil etməməsi ilə əsaslandırıblar. 

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlərin hər birinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti proses 16 dekabra təyin olunub.

Xatırladaq  ki, 2025-ci il avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.

Fərqanə Novruzova
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar