Narkotikə görə saxlanılan Məhərrəm Əliyev
03 mart 2021 10:57 (UTC +04:00)

Narkotikə görə saxlanılan Məhərrəm Əliyev

Şəhər sakini 40 minlik narkotiklə tutuldu

Gəncə şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində qara bazarda təxmini qiyməti 40 min manat olan heroin dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhərrəm Əliyev şəhər ərazisində saxlanılıb.

Üzərinə baxış keçirilən zaman bir ədəd kağız bükümdə, çəkisi 2 qram heroin aşkar edilərək götürülüb.

Şəhər ərazisindəki  mənzilinə baxış keçirilən zaman, oradan sellofan torbada, çəkisi 578 qram heroin aşkar edilib.

Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib. M.Əliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320
avatar

Mehman Nəbiyev

Oxşar yazılar