Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinə mayın 29-da şəhər ərazisindəki marketlərdən birinə gələn şəxsin orada işləyən Ə.Quliyevi tapançaya oxşar əşya ilə hədələyib spirtli içki aparması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənov müəyyən edilərək saxlanılmışdır. Ondan oyuncaq tapança götürülüb.
Faktla bağlı araşdırma aparılır.