İyulun 13-də Sabunçu rayonu, Nardaran qəsəbəsində Q.Rəhimova məxsus mağazaya gələn bir nəfər onu bıçaqla hədələyərək kassadan 700 manat pul, 50 manat dəyərində tütün məmulatı və 4 ədəd alışqan götürüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt şəhər sakini, əvvəllər məhkum olunmuş K.Babayev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.