Şamaxıda yeniyetmə söyüşə görə QAN TÖKDÜ
07 iyun 2024 11:46 (UTC +04:00)

Şamaxıda yeniyetmə söyüşə görə QAN TÖKDÜ

Şamaxıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə dünən gecə saat 23 radələrində Şamaxı şəhərində baş verib. Şəhər sakini, 16 yaşlı M.Ələkbərov xuliqanlıq zəminində həmyaşıdı K.Piriyevə bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş K.Piriyevin vəziyyəti qənaətbəxşdir.

Əldə etdiyimiz məlumata görə, hadisə söyüş üstündə törədilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeniyetmənin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı araşdırmalara başlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub,əməli törədən şəxs saxlanılaraq  izahatı alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4455
avatar

Mehman Nəbiyev

Oxşar yazılar