Sabirabadda 34 yaşlı kişi bıçaqlanıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Şıxsalahlı kəndində qeydə alınıb.
Sözügedən kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədov Sahib Umud oğlu böyür tərəfinin kəsilmiş deşilmiş yarası ilə Şirvan şəhər xəstəxanasına daxil olub.
Hadisənin kimin törətdiyi istintaq tərəfindən araşdırılır.
Faktla bağlı Sabirabad polis şöbəsi istintaq tədqiqat işləri aparır.