Saatlıda qətl törədən ata-oğulun  cəzası artırıldı
06 mart 2026 17:17 (UTC +04:00)

Saatlıda qətl törədən ata-oğulun cəzası artırıldı

0

Şirvan Apellyasiya Məhkəməsində Saatlıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən ata və oğulun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesində hökm elan olunub.

Lent.az xəbər verir ki, hər iki təqsirləndirilənin cəzası 1 il artırılaraq Elşad Abbasova 19 il 6 ay, oğlu Elçin Abbasov isə 16 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elşad Abbasov 18 il 6 ay, oğlu Elçin Abbasov isə 15 il müddətə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, hadisə bu il fevralın 5-də rayonun Şirinbəyli kəndində baş verib. Elşad Abbasov və oğlu Elçin kənd ərazisindəki sahədə qonşusu Mirhəsən Seyidovu tamah məqsədilə avtomobildə məftillə boğaraq qəsdən öldürüb. Daha sonra hadisənin gizlədilməsi məqsədilə meyitin ayağına daş bağlanılıb və həmin ərazidəki su kollektoruna atılıb.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar