Novosibirsk sakinləri, 19 yaşlı azərbaycanlı Vəkil Abdullaevi başından vuraraq öldürən yol polisi müfəttişi Aleksandr Qusevin həbsdən azad edilməsini istəyən bir petisiya hazırlayıblar.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bu müraciət Novosibirsk prokurorluğunun saytında yayılıb.
“Biz, Novosibirsk şəhərinin vətəndaşları, Novosibirsk şəhərinin dövlət yol müfəttişliyinin əməkdaşı Alexander Qusevin sərbəst buraxılmasını tələb edirik. Eyni zamanda yol polisi əməkdaşına müqavimət göstərdiyinə görə sürücü və sərnişinin məsuliyyətə cəlb edilməsi üçün hərtərəfli bir araşdırma tələb edirik”, - petisiyada vurğulanır.
Vəkil Abdullayev mayın 28-də başından güllələnib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.