"Rufo Gəncinski"nin yaxın saatlarda azadlığa çıxması gözlənilir
07 sentyabr 2021 14:41 (UTC +04:00)

"Rufo Gəncinski"nin yaxın saatlarda azadlığa çıxması gözlənilir

Kriminal aləmdə “Rufo Gəncinski” kimi tanınan Ülfət Tağıyevin bu gün azadlığa çıxması gözlənilir.

Bu barədə Lent.az-a Rusiya Federasiyası Voloqda vilayətinin Şeksna qəsəbəsində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsindən bildirilib. Məlumata görə, Ülfət Tağıyevin yaxın saatlarda azadlığa çıxması gözlənilir.

Qeyd edək ki, 12 saylı cəzaçəkmə müəssisəsi ciddi rejimdə fəaliyyət göstərir. Hazırda orada 1565 məhkum saxlanılır. Müəssisədə yeganə qanuni oğru “Rufo Gəncsinki”dir.

# 4434
avatar

Mehman Nəbiyev

Oxşar yazılar