İyunun 7-də Bakı şəhər sakini Ə.Mansurovaya, iyunun 15-də isə T.Məmmədovaya zor tətbiq edərək soyğunçuluq yolu ilə qızıl boyunbağıları talanılb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Neftçala rayon sakini M.Zeynalov müəyyən edilərək saxlanılıb.