Rayon sakinindən götürülən avtomat
04 mart 2021 11:20 (UTC +04:00)

Rayon sakinindən götürülən avtomat

Rayon sakininin evindən "Kalaşnikov" çıxdı

Xaçmaz rayon sakinindən silah götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd "AK-74" markalı avtomat, bir ədəd sandıqca və 30 ədəd patron aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı N.Əliyev silah və patronları meşəlik ərazidən tapdığını bildirib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

# 1467
avatar

Mehman Nəbiyev

Oxşar yazılar