2021-ci il noyabrın 25-də naməlum şəxs Bakıda Beyləqan rayon sakini R.Dəmirliyə bıçaqla xəsarət yetirərək, mobil telefonunu oğurlayıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş N.Ağayev saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.