Bir qrup Bərdə rayon sakini mart və aprel aylarında rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus məişət əşyalarının oğurlanması barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalarla onların Bərdə şəhər sakini Ramin Cəfərov və Mingəçevir şəhər sakini Mətləb İsayev olduğu müəyyən edilib. Onların birlikdə məişət əşyaları və su motorları oğurlamaqla zərərçəkmiş şəxslərə 3 min manat civarında ziyan vurduğu məlum olub.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.