Qohumunun maşınının hissələrini söküb satdı -FOTO
06 may 2021 10:36 (UTC +04:00)

Qohumunun maşınının hissələrini söküb satdı -FOTO

Masallı rayonunun Yeddioymaq kəndində yerləşən yaşayış evlərindən birinin qarajında olan “Vaz 21074” markalı avtomobilin ümumilikdə 1500 manat dəyərində akkumlyator, 5 ədəd təkər, radiator və digər ehtiyat hissələrinin sökülərək oğurlanması barədə polisə müraciət edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, Masallı rayonunun Yeddioymaq kənd sakini A.Ağayev olduğu və ehtiyat hissələrini söküb oğurladıqdan sonra satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Mehman Nəbiyev

Oxşar yazılar