Martın 28-də Xətai rayon ərazisindəki evlərin birindən 500 manat pul və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdam rayon sakini, ev sahibəsinin qohumu M.Mustafayeva müəyyən edilərək saxlanılıb.