Şəmkirdə qətl hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, aprelin 5-də rayonun İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə tapılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
Araşdırmalarla bu cinayət əməlini mərhumun qohumu R.Tağıyevin münaqişə zəminində törətdiyi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib. Ondan A.Alıyevadan götürdüyü 10 000 rubl, 210 manat pul və qızıl-zinət əşyalarını sataraq əldə etdiyi 300 dollar aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.