Qətldə təqsirləndirilirdi, Azərbaycana gətirildi
10 mart 2021 14:26 (UTC +04:00)

Qətldə təqsirləndirilirdi, Azərbaycana gətirildi

Azərbaycanın Baş Prokurorluğu milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən Belarusun Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycanın ərazisində cinayət törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə sorğu edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Şirvan rayon Prokurorluğunun icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Kakavan Kavus Zəfər oğlunun – ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə Azərbaycan vətəndaşlarından ibarət tərkibdə yaradılmış cinayətkar birliyin (təşkilatın) tərkibində Azərbaycan vətəndaşları Nacıyev Elvin Zamanəli və Sarıbalaev Zaur Vəfadar oğlunun qəsdən öldürülmələri cinayət əməlində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilib ki, Kakavan Kavus Zəfər oğlu barəsində beynəlxalq axtarış elan edilib: “Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Azərbaycanın Baş Prokurorluğunun Belarusun Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Kakavan Kavus Zəfər oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2196
avatar

Oxşar yazılar