Qətl törətdi, həbs edilmədi, məcburi müalicəyə göndərildi
28 yanvar 2025 10:32 (UTC +04:00)

Qətl törətdi, həbs edilmədi, məcburi müalicəyə göndərildi

Qətl törətməkdə təqsirləndirilən Rəşad Qaytaranovun dayandırılmış cinayət işi üzrə məhkəmə prosesinə icraat təzələnərək baxılıb.

Lent.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. 

Qərara əsasən, Rəşad Qaytaranovun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionar məcburi müalicə təyin edilib.

Müalicəsi başa çatdıqdan sonra Rəşad Qaytaranovun cinayət işinə yenidən baxılacaq.

Qeyd edək ki, 2013-cü ilin avqustun 8-də Naxçıvanski küçəsində naməlum kişi bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib. Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində qətlə yetirilənin Bakı şəhər sakini Ruslan Abbasov olması müəyyən edilib. Hadisəni törətməkdə təqsirli bilinən Rəşad Qaytaranov isə tutulub. İttihama görə, Rəşad Qaytaranov xalası oğlu Sənan Məhərrəmova qarşı Alim Abuşov tərəfindən edilən xuliqanlıq əməlini araşdırmaq niyyəti ilə onunla görüşmək qərarına gəlib. Bu məqsədlə avqust ayının 8-də axşam saatlarında Naxçıvanski küçəsi 48 saylı ünvanda yerləşən “Şəki” kafesinə yollanıb. Rəşad Qaytaranov Alim Abuşovla mübahisə edərkən, həmin vaxt sonuncunun həmkəndlisi Ruslan Abbasov söhbətə müdaxilə edib. O, əlindəki pivə bakalı və çəngəllə Rəşada zərbə endirib. Ruslanın hərəkətlərindən əsəbləşən Rəşad Qaytaranov cibindən çıxardığı bıçaqla onu vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377

Oxşar yazılar