Qazaxda təhlükəli narkotik satan tutuldu
29 oktyabr 2021 10:36 (UTC +04:00)

Qazaxda təhlükəli narkotik satan tutuldu

Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, rayon sakini Mahal Əliquliyev saxlanılaraq polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və oradan müxtəlif bükümlərdə narkotik vasitə olan, heroin, metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

# 7797
avatar

Mehman Nəbiyev

Oxşar yazılar