Sumqayıtda kürəkən qayınana və qayınatasına xəsarət yetirib.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri ərazisində iyunun 3-də Namiq Ələkbərov qayınatası və qayınanasına yaşadıqları evdə xəsarət yetirib. Bununla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Namiq Ələkbərov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib
Hazırda Sumqayıt şəhər Polis İdarəsində istintaq davam edir.