Qayınata küçədə kürəkəninin boğazını kəsib  öldürdü
17 iyun 2023 10:31 (UTC +04:00)

Qayınata küçədə kürəkəninin boğazını kəsib öldürdü

Türkiyədə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərində Osmanqazi qəsəbəsində baş verib. Ali Gürbüz uzun müddətdir aralarında ədavət olan qayınatası H.C. ilə qarşılaşıb.

Tərəflər arasında yaranan münaqişə zamanı qayınata kürəkənini boğazından bıçaqlayıb. Nəticədə kişi yerindəcə keçinib.

Hadisəni törədən qayınata saxlanılaraq, istintaqa təhvil verilib.

# 3288
avatar

Oxşar yazılar