Qardaşını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır
27 may 2021 09:26 (UTC +04:00)

Qardaşını amansızlıqla öldürən şəxsin məhkəməsi başlayır

Bakıda qardaşını qətlə yetirən Mirhəbib Məmmədzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Telman Hüseynovun icraatına verilib.

Qeyd edək ki, 2020-ci il oktyabrın 14-də 29 yaşlı Məmmədzadə Mirvaqif Elçin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı Mirhəbib Məmmədzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Mirvaqif Məmmədzadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1743
avatar

Mehman Nəbiyev

Oxşar yazılar