“Qanuni oğru”nun məzarı başında  ATIŞMA:  ölən var
14 iyun 2021 11:41 (UTC +04:00)

“Qanuni oğru”nun məzarı başında ATIŞMA: ölən var

Ararat vilayətindəki atışma nəticəsində bir nəfər ölüb.

Lent.az-ın Ermənistan mediasına istinadla verdiyi xəbərə görə, iyunun 13-də saat 19:15-də “Vedi” tibb mərkəzinə yaralı gətirilən kişini həkimlər xilad edə bilməyiblər.

Ölənin Ararat şəhər sakini, 34 yaşlı Armen Ovannisyan olduğu müəyyənləşdirilib. Onun “Marso” ləqəbli Marzpetuni Petrosyanın məzarı başında güllələndiyi bildirilir. 

Görülən tədbirlər nəticəsində məlum olub ki, həmin gün saat 18:55-də Marzpetuni Petrosyanın oğulları və dostu, hansısa məsələyə aydınlıq gətirmək üçün 34 yaşlı kişi və onun dostları ilə qəbiristanlıqda görüşüblər. Mübahisə atəşma ilə nəticələnib və 34 yaşın kişi öldürülüb.

Daha sonra öldürülənin 39 yaşlı dostunun Erebuni tibb mərkəzinə güllə yarası ilə yerləşdirildiyi məlum olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2742
avatar

Oxşar yazılar