Mayın 15-də naməlum şəxs Suraxanı rayonu, Əmircan qəsəbə sakini G.Abıyevaya qarşı zor tətbiq etdikdən sonra içərisində 106 manat pul olan çantasını əlindən alıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Suraxanı rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılıb.
Onun rayon ərazisindəki evlərin birindən oğurluq edən qrupun üzvü olması da müəyyən edilib.