Gəncədə qadına qarşı soyğunçuluq olub.
Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, aprelin 21-də Gəncə şəhər sakini Ə.Qurbanovaya zor tətbiq edilərək içərisində 100 manat olan pulqabısı soyğunçuluq yolu ilə talanıb.
Gəncə şəhər Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini P.İsmayılov saxlanılıb.