Bakıda narkotik alverçisi saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini G.İsmayılova Nərimanov rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 107 qram heroin və 1 ədəd bank kartı aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun K.Rəhimov küçəsindəki evinə baxış zamanı oradan 470 qram heroin, 1 ədəd elektron tərəzi və narkotiklərin satışından əldə edilmiş 2000 manat pul götürülüb.