Polislər 20 kilodan çox narkotik  AŞKAR ETDİLƏR
20 fevral 2023 14:04 (UTC +04:00)

Polislər 20 kilodan çox narkotik AŞKAR ETDİLƏR

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,7 kiloqramdan artıq heroin, 17,9 kiloqramdan çox marixuana, 110 qram tiryək, 245 qramdan çox metamfetamin, həmçinin 582 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

# 2109
avatar

Fidan İlqar

Oxşar yazılar