Türkiyədə polis əməkdaşı arvadını öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Nevşehir şəhərində baş verib. Burada xidmətdə olan polis əməkdaşı 32 yaşlı Muhammet D. qeyri-rəsmi arvadı 40 yaşlı Yeliz Yolcuoğlunu da götürərək, məmləkəti Zonguldak istiqamətində yola düşüb.
Yolda cütlük arasında mübahisə başlayıb. Avtomobili meşəlik əraziyə sürən Muhammet D. üzərində olan silahla 10 dəfə atəş açaraq, arvadını öldürüb. Daha sonra polisə zəng vuraraq, hadisə barədə məlumat verib.
Məlum olub ki, cütlük 2019-cu ildən münasibətdədir və onların 3 yaşlı qızı var.