Özünü vəzifəli şəxs kimi təqdim edib 70 mindən çox rüşvət almışdı
08 may 2021 09:41 (UTC +04:00)

Özünü vəzifəli şəxs kimi təqdim edib 70 mindən çox rüşvət almışdı

Özünü vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən Pərviz Bəbirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əhməd Quliyevin icraatına verilib.

Xatırladaq ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhər sakini Bəbirov Pərviz Əli oğlunun qanunsuz hərəkətlərinə dair toplanmış material üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.  

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Pərviz Bəbirovun hüquq-mühafizə orqanının geyim forması və hazırladığı saxta xidməti vəsiqədən istifadə etməklə ayrı-ayrı şəxsləri özünün dövlət orqanlarında yüksək vəzifə tutan şəxslərlə əlaqələrinin olmasına inandırmaqla vəzifəli şəxslərə rüşvət qismində verəcəyi adı ilə vətəndaşların torpaq sahəsinə çıxarış alınması üçün 60 min manat və hüquq-mühafizə orqanına işə yenidən bərpa olunması üçün 11 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış faktlarla bağlı Baş İdarədə Pərviz Bəbirov Cinayət Məcəlləsinin 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə), 178.3.2-ci (dələduzluq – külli miqdarda törədilməklə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238
avatar

Mehman Nəbiyev

Oxşar yazılar